ABŞ prezidenti Donald Tramp mineral hüquqları sazişi imzalamaq üçün Vladimir Zelenski ilə Ağ Evdə görüşməyə hazır olduğunu açıqlayıb.
Bizimxeber.az bildirir ki, o, bu barədə fevralın 24-də Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı bildirib.
Jurnalistlərə danışan Tramp yaxın gələcəkdə Zelenski ilə görüşəcəyini etiraf edib: "Əsasən, o, bu həftə və ya gələn həftə müqaviləni imzalamağa gələ bilər. Yaxşı olardı. Onunla görüşməkdən məmnun olardım. Oval kabinetdə görüşərdik", - o əlavə edib.