Yeni Zelandiya Konaşenkova da sanksiya tətbiq etdi

Yeni Zelandiya hökuməti səkkiz Rusiya təşkilatını və bir neçə Rusiya vətəndaşını sanksiyalar siyahısına əlavə edib. 

Bu barədə məlumat Yeni Zelandiya Xarici İşlər və Ticarət Nazirliyinin saytında dərc olunub.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov, Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Oleq Dobrodeyev, "Krasnaya Zvezda" media holdinqinin prezidenti Aleksey Pimanov, “NyusFront” xəbər portalının həmtəsisçisi Mixail Sinelin sanksiyaya məruz qalıb.