Yeni televiziya kanalı yaradılır: Reklamla məşğul olacaqmı?

“Azərbaycanda reklam televiziyasının yaradılması ilə bağlı iş aparılır”. Bizimxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında  Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyi (KOBİA) yanında İctimai Şuranın sədri Fərhad Qaraşov deyib.

İddialara görə, yeni televiziya kanalı bu sektorda baş verən yenilikləri işıqlandıracaq. Redaksiyaya daxil olan məlumata görə, yaradılan telekanal yüksək çinli məmurlardan biri tərəfindən idarə olunacaq.

Telekanalın rəhbərinin xanım olacağı ilə bağlı informasiyalar da gəlməkdədir. İlk aylarda reklam bazarındakı yenilikləri araşdırmaqla məşğul olacaq kanal sonrakı perspektivdə iqtisadi televiziya kanalına çevriləcək. Bu yolla bəzi məmurların medianın reklam bazarını da nəzarətə almağa çalşacaqlarına dair məlumatla var.