Yeni İdman naziri kollektivə təqdim olundu

Azərbaycanın yeni Gənclər və İdman naziri Fərid Qayıbov kollektivə təqdim olunub.

Bizimxeber.az xəbər verir ki, təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Fərid Qayıbov Gənclər və İdman naziri təyin olunub.