Yeni doğulan körpələrdən oğlanların sayı qızlardan çoxdur

İlin səkkiz ayı ərzində 73 177 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların xüsusi çəkisi isə 46,6 faiz olub. 

Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

Bu dövr ərzində ölkədə 48 633 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,3 təşkil edib.