Yelisey Sarayı təkzib etdi - "Getmirlər..."

Yelisey Sarayı Fransa prezidenti Emmanuel Makronun ukraynalı həmkarı Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Key Starmerlə Vaşinqtona getməyi planlaşdırmadığını açıqlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə “Le Figaro” nəşri yazıb. 

Yelisey Sarayı daha sonra jurnalistlərə verdiyi şərhdə Emmanuel Makronun Vaşinqtona yeni səfərinin “hazırda planlaşdırılmadığını” vurğulayıb.

Məlum olduğu kimi, Fransa hökumətinin sözçüsü əvvəllər belə bir səfərin " yaxın gələcəkdə " baş tuta biləcəyini bildirmişdi.