Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Tanınmış hüquqşünas Yaşar Ağazadə həbs edilib. 

Y.Ağazadə 4 nəfəri şantaj etməkdə təqsirləndirilir.

Hüquqşünas Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qurxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə yekun ittiham verilib. 

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Qeyd edək ki, Yaşar Ağazadə əvvəllər “Müxalifət” qəzetinin redaktoru olub.