Yasamalda fontandan sonrakı vəziyyət - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakının Yasamal rayonu Əsəd Əhmədov küçəsində paytaxtı su ilə təmin edən irihəcmli su xətti partlayıb.  Nəticədə yüksək təzyiqli yeraltı xətt deşilərək 1,5-2 metr hündürlüyündə fontan vurub, küçəni su basıb. 

Hazırda əraziyə suyun axması dayandırılısa da, ətrafda bir sıra obyektlərə ziyan dəyib. Yaxınlıqdakı yaşayış binasının və obyektlərin zirzəmilərinə su dolub. Onlarla avtomobil suyun altında qalıb.

Qəzadan sonrakı vəziyyətin görüntülərini təqdim edirik: