Yaqub Zurufçunun vəziyyəti çox kritikdir

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti çox kritikdir.

Bu barədə "Yeni Klinika”dan məlumat verilib.

Bildirib ki, Əməkdar artistin təzyiqi aşağı düşüb: "Təzyiqi yüksəltmək üçün bütün mümkün vasitələrdən istifadə olunur. Vəziyyəti ağır qiymətləndirilir".