Yaqub Zurufçu harada dəfn olunacaq?

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. 

Mədəniyyət Nazirliyindən "Report"a bildirib ki, mərhum Bakının "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılacaq. O, Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynov (Rəmiş) yanında dəfn olunacaq. Allah rəhmət eləsin!
 
09.17

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq. Bu barədə sənətçinin qohumları məlumat verib.

Bildirilib ki, mərhum koronavirusdan vəfat etdiyinə görə cənazə ailəyə təhvil verilməyəcək. Əməkdar artistin cənazəsi birbaşa ailənin dəfn üçün müəyyən etdiyi yerə aparılacaq və torpağa tapşırılacaq. Ailə dəfn yerini hələlik müəyyənləşdirməyib.

Qeyd edək ki, Əməkdar artist ötən gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.