Yaponiya Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı yeni sanksiya paketinə 17 rus fiziki və 78 şirkətini daxil edib.
Bizimxeber.az bildirir ki, bu barədə məlumatı Yaponiya Xarici İşlər Nazirliyi yayıb.
Məlumatda qeyd olunub ki, sanksiyaya məruz qalan şəxslər və şirkətlərin aktivləri Yaponiyada aşkar edilərsə, dondurulacaq.
Yaponiya Rusiya silahlı qüvvələri komandanlığının yüksək səviyyəli zabitlərinin, o cümlədən Rusiyanın dövlət silah istehsalçısı “Almaz-Antey” şirkətinin rəhbəri Yan Novikov və rusiyalı televiziya aparıcısı Olqa Skabeevanın aktivlərini dondurub.
Rusiyanın bir sıra aviasiya zavodları, o cümlədən Ural aviasiya zavodu, Sokol, Komsomolsk-na-Amur və İrkutsk zavodları da sanksiyalar paketinə daxil edilib.
Rusiyadan ümumilikdə 987 nəfərin, o cümlədən yeni bölgələrdən və Krımdan 304 nəfərin, 129 təşkilatın və 12 bankın Yaponiyadakı aktivləri dondurulub. Rusiyanın müdafiə sənayesi ilə bağlı 357 təşkilat, şirkət və qurumun ixracına məhdudiyyətlər qoyulub.