Yaponiyada qasırğa gözlənilir - Kütləvi təxliyə elan edildi

Yaponiya hakimiyyəti “Mavar” qasırğasının yaxınlaşması ilə əlaqədar 138,7 min nəfərin təxliyə edildiyini açıqlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yaxınlaşan tayfun səbəbindən Yaponiyanın bəzi bölgələrində artıq güclü yağışlar yağmağa başlayıb, ölkənin böyük hissəsi isə güclü külək və yağışla üzləşib.

Qasırğanın böyük hissəsinin Honsyudan cənubdan keçəcəyi gözlənilirdi, çünki tayfun Sakit okeana doğru irəliləyir.