Yaponiya Ukraynadakı AES-i qorumaq üçün 2 milyon avro ayırır 

Yaponiya Ukraynadakı Atom Elektrik Stansiyalarının qorunması üçün 2 milyon avro ayıracaq. Vəsait MAQATE-yə veriləcək. Onların məqsədi Rusiyanın hücumuna məruz qalan Ukrayna atom elektrik stansiyalarının təhlükəsizliyini təmin etmək olacaq.

Bizimxeber.az bildirir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi bildirib.

O, sunamidən zərər çəkmiş Fukusima AES-i ziyarət etmək üçün Yaponiyaya gələn MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşdən sonra vəsait ayıracağına söz verib.

"Rusiyanın Ukraynanın nüvə obyektlərinə hücumları qətiyyən qəbuledilməzdir. Yaponiya bu hərəkətləri qətiyyətlə pisləyir", - Hayaşi deyib.

Nazir qeyd edib ki, Yaponiya 2 milyon avro məbləğində qrantdan MAQATE ekspertlərinin Ukraynaya göndərilməsinin və Ukraynanın nüvə obyektləri üçün lazımi avadanlıqların maliyyələşdirilməsi üçün istifadə edəcək.