“Yango” taksi şirkəti qiymətləri iki dəfə artırıb.
Bizimxeber.az bildirir ki .şirkətin belə bir addım atmasının səbəbi məlum deyil.
Bundan başqa, şirkət bu addımı ilə yol gedişləri haqqında Nazirlər Kabinetinin qərarını da pozmuş olur. Belə ki, həmin qərara əsasən taksilər üçün nəzərədə tutulmuş qiymət hər km üçün 50-70 qəpik müəyyən edilib. Lakin “Yango” bu qaydaları pozaraq, hər km üçün gediş qiymətini 2 manata qədər qaldırıb.
Qeyd edək ki, sözügedən şirkətdə çalışan taklsi sürücüləri də qiymətlərin bu qədər bahalaşmasına qarşıdırlar. Onlar bildirirlər ki, bu tariflər müştəri əldə etmələrinə mane olur.
Söhbət etdiyimiz bəzi taksi sürücüləri deyirlər ki, yenin qaydalardan öncəki aşağı tarif onların maraqlarına cavab verməsə də, hazırkı tariflərin onları işsiz qoymasına səbəb olub. Onların sözlərinə görə, rəqib şirkətlər qiymətləri Nazirlər Kabinetinin qərarına əsasən tənzimlədiklərindən problem yaşamırlar. Lakin “Yango”nun bahalaşmaya getməsi əksər hallarda onları bahalıq səbəbindən müştərisiz qoyur. Bu da icarəyə maşın götürərək, taksi xidməti ilə məşğul olan sürücülərin problem yaşamasına səbəb olur.
Sürücülər onu da deyirlər ki, qısa müddət ərzində tariflərdə dəyişiklik edilməsə, onlar başqa taksi şirkətləri ilə işləmək üçün müraciət edəcəklər.