Yadplanetlilər Yer kürəsini ziyarət edib və hələ də buradadırlar.
Bizimxeber.az bildirir ki, Bunu Nyu-Yorkda bu yaxınlarda keçirilən konfransda Stenford Universitetinin professoru Harri Nolan deyib.
Alimin fikrincə, yadplanetlilərin planetimizə səfər etməsi ehtimalı yüz faizdir: “İnsanlar yadplanetlilərlə artıq tanış olub, lakin ispan gəmilərini ilk görən Cənubi Amerika qəbilələri kimi onlarda qeyri-adi heç nə müşahidə etməyiblər. "Onlar ortaya çıxıb deyirlər ki, gördüyünüzü başa düşəcək qədər ağıllısınız? Qarşınızda olanı əsl formasında görə bilirsinizmi?”
Professor ABŞ Konqresində yerdənkənar həyatla bağlı dinləmələrdə iştirak etdiyini, həmçinin “vurulan təyyarələr üçün tərs mühəndislik proqramlarında” iştirak edən insanları tanıdığını deyib. Onun fikrincə, bu araşdırmalar nəticəsində əldə edilən biliklərin kiçik bir parçası belə əsl texniki inqilaba səbəb ola bilər.