Rusiya repressiyaları Gürcüstanda açıq-aşkar narkotik maddələrin təsiri altında olan xüsusi təyinatlıların əli ilə həyata keçirilir.
Bizimxeber.az bildirir ki, bunu Fransa radiosuna Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.
Prezident açıqlamasının nəyə əsaslandığını, sübutlarının olub-olmadığını və ya sadəcə təəssürat yaratdığını açıqlamasa da, narkotikin mənşəyini də açıqlayıb.
"Bizdə Rusiya repressiyaları var, xüsusi təyinatlılar, onlar açıq-aşkar narkotik maddələrin təsiri altındadırlar (...) qəddarlıqlarını və müqavimətlərini gücləndiriblər", - Salome Zurabişvili bildirib.
Onun sözlərinə görə, Gürcüstanda davam edən Avropayönlü aksiyalar bütün ölkənin üsyanıdır: “Mən heç vaxt Gürcüstanın bütün böyük və ya kiçik şəhərlərində belə genişmiqyaslı üsyan görməmişəm və eşitməmişəm”, - Salome Zurabişvili bildirib.