Xorvatiyanın Avrozonaya daxil olması təsdiqləndi

Aİ-nin İqtisadiyyat və Maliyyə Nazirləri Şurası Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avro zonasına daxil olması ilə bağlı qərarı təsdiqləyib.

Bizimxeber.az bildirir ki, bu barədə  Aİ Şurasının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. 

"Aİ Şurası lazımi hüquqi aktları qəbul edib. Xorvatiya Aİ-nin avro zonasına daxil olan 20-ci ölkəsi olacaq", - sənəddə deyilir. 

Bundan əvvəl bu qərar iyunun 24-də Aİ sammitində, iyulun 5-də isə Avropa Parlamentində təsdiqlənmişdi.