Xorvatiyada qocalar evində atışma olub: Ölənlər var

Xorvatiyanın Daruvar şəhərində bir nəfər qocalar evinə atəş açıb, nəticədə beş nəfər ölüb.

Bu barədə Xorvatiya Radio və Televiziyası məlumat yayıb.

"Rəsmi olaraq təsdiqlənməmiş məlumata görə, bir nəfər qocalar və əlillər evinə girərək insanlara atəş açmağa başlayıb, beş nəfər yerindəcə ölüb, qalanlarına tibbi yardım göstərilir".

Yerli media hücumçunun artıq saxlanıldığını iddia edir. Xorvatiya Daxili İşlər Nazirliyi hələlik rəsmi açıqlama verməyib.