Xırdalan şəhərinin əsas prospektində işıq dirəklərinin olmaması, axşamlar yolun zülmət olması, prospekti mağaza işıqlarının aydınlatması barədə yazmışdıq. Sakinlər bildirmişdi ki, işıq dirəklərinin olmaması səbəbindən yolda hər gün təhlükəli vəziyyət yaranır, piyada ölümləri ilə nəticələnən qəzalar baş verir.
Bizimxeber.az bildirir ki, Tribunainfo.az-a növbəti dəfə müraciət edən Xırdalan sakinləri bildirib ki, bu problem təkcə şəhərin əsas prospektində yaşanmır. Sakinlər qeyd edib ki, hətta işıq dirəkləri olan yollar belə zülmətdir, çünki işıqlar yandırılmır.
Xırdalan sakinləri bizə yazır ki, şəhərin Heydər Əliyev prospektində (mərkəzi yoldur) axşam işıqlar yandırılmır. Bu, çox sayda piyadaların vurulması ilə nəticələnən hadisələrə yol açır.
Sakinlərin sözlərinə görə ümumiyyətlə, Xırdalanda heç bir küçədə işıq yandırılmır, icra hakimiyyəti qarşısındakı küçədən başqa.