Xersonun geri alınması üçün ciddi hazırlıq gedir - Təbliğat öz işini görür

Rus qoşunları tərəfindən müvəqqəti işğal edilmiş Xersonda küçələrdə düşmən qüvvələrinə şəhərin tezliklə geri alınacağını xatırladan çağırışlar ortaya çıxıb.

Bizimxeber.az bildirir ki, belə fotolar yerli "Telegram" kanallarında yayılır. Yerli vətənpərvərlər dirəklərə işğalçılara ünvanlanmış mətn olan vərəqələr asırlar.

"Ukraynanın Silahlı Qüvvələri gəlir! Orklar, şalvarınızdan möhkəm yapışın, uzağa qaçmalı olacaqsınız - bizim uşaqlar gəlir..." - yazır.

Bundan əvvəl belə müraciətlərin işğal altında olan Kaxovkada da olduğu bildirilirdi.. Berislavda isə yerli vətənpərvərlər yerli administrasiyanın yanında asılmış Rusiya bayrağını yığışdırıblar.

İşğalçılara müvəqqəti olaraq Ukraynada olduqları xatırladılıb