Xerson minalanıb - İnsanlara şəhərə gəlməmək tövsiyyə olundu

"Mülki əhaliyə hələlik Xerson vilayətinin işğaldan azad edilmiş yaşayış məntəqələrinə qayıtması tövsiyə edilmir. Çünki ərazinin minalardan təmizlənməsi aparılmalıdır".

Bizimxeber.az bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Böyük ərazi minalanıb. Üstəlik, burada daha böyük ərazilərin minalanmasını istisna etmirik və buna görə də əhali bu məsələdə çox diqqətli olmalıdır.  Silahlı qüvvələrimiz hər gün boşaldıqları yaşayış məntəqələrinə qayıtmağa icazə verənə qədər biz əhaliyə ora qayıtmağı məsləhət görmürük. Çünki ərazi tamamilə təmiz olmalıdır.