Xatirə: “Arıqlamaq üçün bir vasitə tapmamışam”

Müğənni Xatirə İslam bir müddətdir Rusiyadadır.

Bizimxeber.az xəbər verir ki, sənətçi Moskvaya müalicəyə getdiyini bildirib. O qeyd edib ki, hazırda həkim nəzarətindədir və təcili olaraq çəki atmalıdır: "Hələ də arıqlamaq üçün bir vasitə tapmamışam. Müalicəmlə əlaqədar pəhriz saxlamalıyam. Həkim deyib ki, gündə 2,5 litr su içməliyəm.

Bir çox adam mənə arıqlamaq üçün dərman dedi. Amma tərkibində kimyəvi qatqı olan heç nə içə bilmərəm. Kimyəvi maddələr olan çaydan da uzaq durmalıyam. Tərkibində heç bir zərərli maddə olmayan arıqladıcı vasitələr lazımdır. Həkim nəzarətindəyəm".