Xarkovda evakuasiya avtobusları atəşə tutuldu - 7 ölü

Xarkov vilayətində evakuasiya avtobuslarının atəşə tutulması nəticəsində 7 nəfərin həlak olması ilə bağlı araşdırmalara başlanılıb.

Bizimxeber.az bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 

"2022-ci il aprelin 14-də Rusiya hərbçiləri İzyumski rayonunun Borovo kəndində mülki əhalinin olduğu evakuasiya avtobuslarını atəşə tutub. İlkin məlumatlara görə, 7 nəfər həlak olub. Daha 27 nəfər yaralanıb ", - məlumatda deyilir.