Xamenei Zəngəzur dəhlizinə qarşı çıxdı

Xamenei Ərdoğanla görüşündə Zəngəzur dəhlizinə qarşı çıxıb. Bu barədə İran mediası yazıb.

Xamenei sərhədin bağlanmasını qəbul etməyəcəklərini bildirib: “Qarabağın Azərbaycana qaytarılmasından (azad edilməsi kimi qeyd olunmur - red) məmnunuq.

Əlbəttə, İranla Ermənistan arasında sərhədin bağlanması siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir kommunikasiya yoludur”.