Vuçiç istefaya hazırlaşır - Tələbələr körpüləri tutdu - FOTO

Yüzlərlə tələbə qatar stansiyasında üç ay əvvəl ölümlə nəticələnən faciənin baş verdiyi Novi Sad şəhərində toplaşaraq üç körpünü mühasirəyə alıb. 

Bizimxeber.az bildirir ki, körpülərdən ikisi üç saat ərzində bağlanıb, üçüncünün blokadası isə fevralın 2-si günorta saatlarına qədər davam edəcək.

Novi Saddakı etirazçılara son üç gün ərzində 80 kilometr məsafə qət edən Serbiyadan olan tələbələr də qoşulub. Etirazçılar əllərində “Üç ay, bəsdir”, “Bunun öhdəsindən gələcəyik” və “15 ölü, 0 cavabdeh” yazılmış plakatlar tutur. 

Serbiyada 2024-cü il noyabrın 1-də Novi Sad şəhərində dəmiryol vağzalında 15 nəfərin həyatına son qoyan beton örtünün uçması ilə bağlı son həftələrdə kütləvi etirazlar davam edir.

Bunun fonunda bir gün əvvəl Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verdiyini rəsmən təsdiqləyib. Ölkə prezidenti Aleksandr Vuçiç apreldə növbədənkənar seçkilərin keçirilməsinə icazə verib. Lakin qeyd olunur ki, aksiyaçılar prezidenti Aleksandr Vuçiçin də istefasını tələb edir. Məlumatlara görə, Vucic aksiyanın bu tempdə davam etməsi fonunda bu həftə istefa verəcək. Bu barədə Avropa mətbuatı artıq məlumatlar yayır.