Almaniyada "Reyxsburqçular" adlı qondarma bir qrupun hökuməti devirməyə cəhd etməsi ilə bağlı məhkəmə prosesi davam edir.
Bizimxeber.az bildirir ki, məhkəmədə, bu qrupun liderlərindən biri olan zadəgan XIII Henrix tərəfindən Vladimir Putini şahid kimi çağırmaq təklif edilib.
Məhkəmədə 19-cu əsrdən etibarən Almaniya İmperiyasının "bitmədiyini" iddia edən məktublar araşdırılır.
Henrixin məktublarında “imperiyanın suveren üzv dövlətlərinin” tanınması və Putinə fəaliyyətləri barədə məlumat verilməsi müzakirə olunub.
Eyni zamanda, Henrixin Rusiya xarici işlər naziri Sergey Lavrova yazdığı məktubda, Alman Reyxinin "ilk tərkib hissələri" kimi tanınmağı xahiş etdiyi və Rusiyanın bu məsələdə yardımı ilə "davamlı qlobal sülh" əldə edilə biləcəyini iddia etdiyi vurğulanıb.
"Reyxsburqer" hərəkatı, İkinci Dünya Müharibəsindən sonra müasir Almaniyanın yaradılmasını tanımır və 2022-ci ilin sonunda bir neçə nümayəndəsi hökumətə qarşı çevriliş hazırlamaqda ittiham olunmuşdu.
Məhkəmə prosesləri, müttəhimlərin sayına görə bir neçə hissəyə bölünüb. Frankfurt am Main və Ştutqartda keçirilən proseslərdə, əsasən dövlətə xəyanət və terror təşkilatına üzv olmaqla bağlı ittihamlar irəli sürülür.