Çexiya və Slovakiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları rekord sayda - 100 kq metamfetamin müsadirə ediblər.
Bizimxeber.az bildirir ki, bu barədə Praqa Beynəlxalq Radiosu Narkotiklərə Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb.
Hüquq-mühafizə orqanları “Vivaldi” kod adlı əməliyyatın altı iştirakçısına qarşı ittiham irəli sürüb. Polisin fikrincə, əgər onlar metamfetamin satsaydılar, 100 milyon çex kronunu (təxminən 4,1 milyon dollar) geri alacaqdılar.
Qeyd edildiyi kimi, polis metamfetaminlə yanaşı, ümumilikdə 30 kq həşiş və kokain də götürüb. Təqsirləndirilən şəxsləri 10 ildən 18 ilədək həbs cəzası gözləyir.