Vinnitsanın mərkəzinə raket hücumunun nəticələri - 23 ölü, yüzlərlər yaralı

Vinnitsanın mərkəzinə raket hücumu nəticəsində 23 nəfər həlak olub. Onların arasında 4-8 yaş arası üç uşaq da var.

Bizimxeber.az "RBK-Ukrayna"ya istinadən bildirir ki, bu barədə Milli Polisin rəhbəri İqor Klimenko məlumat verib.

"İtkin düşənlərin 14 qohumu onların bioloji nümunələrini təhvil verib. Mütəxəssislərimiz artıq təcrid olunmuş DNT profillərinin 200-dən çox müqayisəsini aparıblar", - deyə Klimenko bildirib. 

Həmçinin 183 zərərçəkmiş tibbi yardım üçün müraciət edib. Onlardan 82-si xəstəxanaya yerləşdirilib. Yaralılar arasında dörd uşaq da var. Klimenkonun sözlərinə görə, ölən 19 nəfərdən 12-nin şəxsiyyəti yüksək sürətli DNT texnologiyası sayəsində müəyyən edilib.