Vilnüs hava limanının adı dəyişdi


Litva hökuməti Vilnüs hava limanının 2025-ci ilin əvvəlindən 2029-cu ilin sonuna kimi rəssam və bəstəkar Mikolayus Konstantinas Çiurlionisin şərəfinə adlandırılması barədə qərar qəbul edib. 

Təşəbbüs sənətkarın anadan olmasının 150 illiyinə həsr olunub.

Qərar daha əvvəl vəzifəsini tərk edən nəqliyyat naziri, eləcə də dövlət hava limanlarının rəhbərliyi tərəfindən tənqid edilib. Onlar qərarın səyahətçilər üçün çaşqınlıq yaradacağını və həyata keçirilməsinin baha başa gələcəyini söylədilər.

Čiurlionis Litvanın ən məşhur rəssamı hesab olunur. Onun musiqi irsinə simfonik, xor və fortepiano əsərləri, simli ansambllar və orqan üçün əsərlər daxildir.

Vilnüs Rusiya səfirliyinə gedən küçəni də Ukrayna Qəhrəmanları küçəsi adlandırıb.