Vəzifəli şəxs özünü güllələdi

Ötən gün 39 yaşlı kişi ov silahı ilə ehtiyatsız davranaraq xəsarət alıb.

Hadisə Şamaxının Nağaraxana kəndində qeydə alınıb.

Belə ki, hadisə 1985-ci il təvəllüdlü Səyahət Əsgərovun evdə silahdan ehtiyatsız davranması zamanı baş verib. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S. Əsgərov rayonun Dəmirçi kəndinin icra nümayəndəsidir.