Son günlərdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara bir ay içərisində iki dəfə borc qəbzi göndərilməsi ilə bağlı paylaşımlar edilir.
Bizimxeber.az bildirir ki, vətəndaşlar onlardan biraylıq ödənişin iki dəfə, qalıqlı şəkildə tələb edildiyini iddia edirlər. Belə bir halın ötən illərdə qeydə alınmadığını, yalnız ötən ilin sonu belə vəziyyətlə üzləşdiklərini əlavə ediblər.
Bəzi qaz istehlakçıları hətta ikinci qəbzdə qeyd edilən borcun onlara aid olmadığını, bunu araşdıracaqlarını da qeyd ediblər.