Varşavada ukraynalı uşağın öldürülməsi qalmaqal yaratdı

Varşavada piyada keçidində mikroavtobusun vurması nəticəsində dünyasını dəyişən yeniyetmənin Ukrayna vətəndaşı olduğu üzə çıxıb.

Bizimxeber.az bildirir ki, bu barədə “Azadlıq” radiosu məlumat verib.

Qəza yanvarın 3-də saat 17 radələrində baş verib. Mikroavtobusun sürücüsü uşağı piyada keçidində vurub, daha sonra hadisə yerindən qaçıb. 

Qəzanın şahidi olan əsgər yeniyetməyə ilkin tibbi yardım göstərib. Uşaq sağ-salamat həkimlərə təhvil verilsə də, sonradan xəstəxanada dünyasını dəyişib. 

Yanvarın 6-da Varşava Rayon Prokurorluğu ölən uşağın 14 yaşlı ukraynalı olduğunu bildirib.

"Qurban Ukrayna vətəndaşıdır. Hücum edən Polşa vətəndaşıdır. Cinayətdən sonra şübhəli şəxs mikroavtobusu Varşavanın kənarında gizlədib. Orada ailə üzvlərindən biri ilə spirtli içki qəbul edib", - təşkilatın sözçüsü Piotr Skiba bildirib. Bu barədə Varşava Rayon Prokurorluğu mətbuat konfransı zamanı bildirib.

Sürücü ölümlə nəticələnən qəza törətmək və hadisə yerindən qaçmaq kimi iki maddə ilə ittiham olunur ki, bu da 5 ildən 20 ilədək həbs cəzası nəzərdə tutur.

Dekabrın əvvəlində Varşavada silah və narkotiklə 45 yaşlı sürücü kovalamacadan sonra saxlanılıb.