Varşavada pilot uçuş zamanı huşunu itirdi - Təcili eniş

Kiprdən Larnakaya uçan təyyarə Varşava Şopen hava limanında məcburi eniş edib. Buuna səbəb pilotun huşunu itirməsi olub.

Bizimxeber.az bildirir ki, bu barədə TVP Warszawa xəbər verib.

Təyyarədə 230-a yaxın sərnişin olub. Xoşbəxtlikdən təyyarə sağ-salamat eniş edib. Bütün sərnişinlər təhlükəsizdir.

"Varşavadan Larnakaya uçan Wizz Air reysi Şopen hava limanına qayıdıb. Təxminən səhər saat 7-də hava limanı xidmətlərinin köməyi ilə təhlükəsiz və planlaşdırılmamış yerə enib", - Şopen Hava Limanının sözçüsü Anna Dermont bildirib.

Yanğınsöndürmə briqadası da daxil olmaqla, təcili tibbi yardım briqadaları hadisə yerində çalışaraq təyyarənin təhlükəsizliyini təmin ediblər.