Rusiyanın ən zəngin biznesmenlərinin sərvəti cari ilin əvvəlindən 16,1 milyard dollar artıb.
Bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.
“Bloomberg Billionaires Index”ə (Milyonerlər indeksi) əsasən, “Lukoil” şirkətinin eks-prezidenti, Azərbaycanəsilli biznesmen Vahid Ələkbərov ilin əvvəlindən 2,5 milyard dollar qazanıb və sərvəti 17,9 milyard dollara qədər artıb.