ÜST ABŞ-ın təşkilatdan çıxmasına belə reaksiya verdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-ın təşkilatdan çıxmaq qərarından təəssüflənib.

Bizimxeber.az bildirir ki, bunu ÜST-ün rəsmi nümayəndəsi Tarik Cazareviç bildirib.

"Ümumdünya Səhiyyə Təşkilatı Amerika Birləşmiş Ştatlarının təşkilatdan çıxmaq niyyətində olduğuna görə təəssüflənir", - Zazareviç qeyd edib.

Beynəlxalq təşkilatın nümayəndəsi ÜST-nin bütün dünyada insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasında əsas rol oynadığını vurğulayaraq, ABŞ hakimiyyətinin öz qərarına yenidən baxacağına ümid etdiyini bildirib. 

Yanvarın 20-də respublikaçı Donald Tramp ABŞ prezidenti vəzifəsinə başlayıb. Ağ Evin yeni sahibinin ilk qərarlarından biri ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması olub .