Uşaq otelə qumbara atdı

Türkiyənin İstanbul şəhərində otelə atılan əl qumbarası nəticəsində bir uşaq yaralanıb.

Bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.

Bildirilib ki, motosikletlə hadisə yerinə gələn yetkinlik yaşına çatmayan bir uşaq əlindəki qumbaranı otelə atıb. Qumbara partlamasa da, otel mühafizəçisi onu atan şəxsə silahdan atəş açıb. Uşaq yaralanıb.

Küçükçekmece rayon Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları hadisə yerinə sövq edilib. Yaralı uşaq hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.