USAID-i bağlanır - Tramp razılaşdı

Elon Musk ABŞ prezidenti Donald Trampla Beynəlxalq İnkişaf Agentliyi (USAID) haqqında danışdığını və Ağ Ev rəhbərinin "onu bağlamalıyıq” mövzusunda razılaşdığını deyib.

Bizimxeber.az bildirir ki, bu barədə Axios nəşri məlumat yayıb. 

Bildirilir ki, o, bir neçə dəfə prezidentdən agentliyi bağlamaq istəyinə əmin olub-olmadığını soruşub. Maskın sözlərinə görə, Tramp buna razılıq verib. 

Son bir həftə ərzində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 100-ə yaxın əməkdaşı inzibati məzuniyyətə göndərilib və Mask təşkilatın “bağlanmaq vaxtı” olduğunu bildirib.