USAID Ermınistana 120 milyon dollarlıq qrant yardımı etdi

Ermənistan hökuməti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 120 milyon dollarlıq qrant yardımı proqramını təsdiqləyib.

Bizimxeber.az "Sputnik Armenia"ya istinadən bildirir ki, 68 milyon 565 min dollar vəsait "demokratiyanı təşviq etmək üçün", 51 milyon 435 min dollar isə iqtisadi təhlükəsizliyin yaxşılaşdırılması üçün ayrılıb.

ABŞ bunu  COVID pandemiyası, Qarabağ müharibəsinin yaratdığı çətinlikləri,  həmçinin 2021-ci ilin iyulunda keçiriləcək növbədənkənar parlament seçkilərinin ədalətli və şəffaf şəraitdə keçirildiyini əsas gətirərək Ermənistanı dəstəkləmək qərarına gəldiyi açıqlanıb.