USAID (Beynəlxalq İnkişaf Agentliyi) Dövlət Departamenti ilə birləşəcək.
Bizimxeber.az bildirir ki, bu barədə CBS News məluamat yayıb. Lakin yenə də humanitar yardım agentliyi olaraq qalacaq.
ABŞ prezidenti Donald Tramp administrasiyasının rəsmilərinin yaxın günlərdə bu addımı açıqlaması gözlənilir.
Mənbələrin məlumata görə, ABŞ prezidenti Donald Tramp dövlət katibi Marko Rubionu USAİD-in inzibatçısı vəzifəsini icra edən şəxs olaraq təyin edib. Bu məlumatı sonradan Rubionun özü El Salvador səfərində onu müşayiət edən jurnalistlərə təsdiqləyib. Rubio deyib ki, o, agentliyin gündəlik rəhbərliyini başqa şəxsə verib - baxmayaraq ki, o, həmin şəxsin adını çəkməyib.