ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bildirib ki, bir neçə istisna olmaqla, bütün dünya üzrə birbaşa işləyən bütün işçiləri inzibati məzuniyyətə göndəriləcək.
Bizimxeber.az bildirir ki, bu barədə agentliyin məlumatında deyilir.
Qeyd olunur ki, USAID-in xaricdəki bütün missiyalarının bağlanması əmri verilib və bütün personal cümə gününə qədər geri çəkiləcək.
"Birbaşa işləyən bütün USAID işçiləri, kritik missiya funksiyaları, əsas rəhbərlik və xüsusi təyin olunmuş proqramlar üçün məsul olan təyin edilmiş işçilər istisna olmaqla, bütün dünya üzrə inzibati məzuniyyətə göndəriləcək", - bəyanatda deyilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Vaşinqtondakı mənzil-qərargahı Amerika administrasiyasının qərarı ilə bağlanıb, lövhə binadan götürülüb.