Uşağın anadan olmasına görə birdəfəlik müavinət fərqli hesablanır...

Ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik müavinət nəzərdə tutulub. Aparılan sorğu göstərib ki, bu müavinətdən hələ də xəbərsiz olan valideynlər var. 

2019-cu ilin aprelin 1-dən Dövlət Sosial Müdafiə Fondu tərəfindən uşağın anadan olmasına görə 200 manat məbləğində birdəfəlik müavinət müəyyənləşdirilib. Lakin bu müavinəti alanlar da var, bundan xəbərsiz olanlar da. 

DSMF-nin mətbuat katibi Rəşad Mehdilinin sözlərinə görə, uşağın anadan olmasına görə birdəfəlik müavinəti həm işləyən, həm də işləməyən valideynlər ala bilər.

O bildirib ki, işləyən valideynə məcburi dövlət sosial siğortası hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir. 

Rəşad Mehdili əlavə edib ki, hər iki valideyn işləmədiyi halda birdəfəlik müavinət Azərpoçt MMC vasitəsilə çatdırılır. Həmin vəsaiti Azərpoçtun istənilən filial və ya şöbəsindən əldə edə bilərlər.

Qurum rəsmisi deyib ki, müavinətlə bağlı əlavə məlumat almaq üçün DSMF-nin sosial siğorta və fərdi uçot üzrə mərkəzi filialının çağrı mərkəzinin (012)562 20 11 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət üçün müraciət müddəti məhdudlaşdırılmır.

DAHA ÇOX XƏBƏRLƏRƏ BAX

Prezidentdən yeni təyinatlar

Prezidentdən yeni təyinatlar

Əli İnsanov toya buraxılmadı

Əli İnsanov toya buraxılmadı

20 yaşlı gənc intihar etdi

20 yaşlı gənc intihar etdi