Ümumerməni Xeyriyyə İttifaqının iki qadın üzvü öldürülüb

Ümumerməni Xeyriyyə İttifaqının iki qadın üzvü qətlə yetirilib. 

Bizimxeber.az xəbər ver ki, bu barədə məlumatı “News.am” yayıb. Bildirilir ki, insident sentyabrın 17-si Niderlandda baş verib.

Öldürülənlərin biri Maral Ter-Movesian Qadınlar Komitəsinin sədri, Çnund Kardanakyan isə komitənin üzvü olub. Qadınlar bıçaq zərbəsi nəticəsində dünyalarını dəyişiblər.

Qətli kimin törətdiyi barədə detallar açıqlanmayıb.