Ukraynaya verilən 20 milyard Rusiyanın puludur - Tramp təsir edə bilməyəcək

Donald Trampın gələcək administrasiyası Ukraynaya verilən və dondurulmuş raketlər hesabına ödəniləcək 20 milyard dollarlıq krediti dəyişə bilməyəcək. Bizimxeber.az bildirir ki, bunu ABŞ-ın maliyyə naziri Janet Yellen deyib.

Yellen qeyd edib ki, 20 milyard dollarlıq kredit Amerika vergi ödəyicilərinin pullarından istifadəni nəzərdə tutmur: "Bu kredit nəhayət Avropada dondurulmuş Rusiya aktivlərindən Euroclear depozitarında əldə edilən qeyri-adi mənfəət hesabına ödəniləcək. Ona görə, əminəm ki, bu kredit dəyişməz qalacaq".

Bir gün əvvəl ABŞ Dünya Bankının xüsusi fonduna Ukraynanın xeyrinə 20 milyard dollar ayırdığını açıqlamışdı.

Bu, G7-nin Ukraynaya Rusiya aktivləri hesabına 50 milyard avro təmin etmək planının bir hissəsidir. Vəsaitlər formal olaraq kredit kimi veriləcək, lakin dondurulmuş Rusiya aktivlərindən alınan izafi mənfəət vergisi hesabına ödəniləcək.