Ukraynaya F-16-ların verilməsi ABŞ üçün prioritetdir - Dövlət Departamenti

"ABŞ Ukraynaya F-16 qırıcı təyyarələrinin verilməsinə çalışır".

Bizimxeber.az bildirir ki, bu barədə keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.

Dövlət Departamentinin sözçüsü - “Prezident Co Bayden açıq şəkildə bildirib ki, biz Ukrayna hərbçilərinə F-16-nın uçması üçün təlimlərə başlayacağıq və müttəfiqlərimiz və tərəfdaşlarımızla Ukraynanı F-16 qırıcıları ilə təmin etmək üçün çalışacağıq” - deyə bilririb.

"Bunun nə vaxt və necə baş verəcəyini və ya hansı ölkələrdən gələcəklərini açıqlaya bilmərəm. Amma bu (F-16 təmin etməklə - red.) bizim prioritetimizdir və biz bunu yaxın aylarda həyata keçirməyə başlayacağıq" deyə əlavə edib.

Miller vurğulayıb ki, ABŞ digər dövlətlər kimi Rusiya ərazisini məğlub etmək üçün Qərb silahlarından istifadəni bəyənmir.