Ukraynaya dəstəyimiz davam edəcək - ABŞ

Biz Rusiyanın hücumuna qarşı necə müdafiə olunmaq və itirilmiş ərazilərin bir hissəsinin necə geri qaytarılması ilə bağlı demək olar ki, hər gün Ukrayna ilə əlaqə saxlayırıq.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Biz Ukrayna ordusu və hökuməti ilə həm döyüş meydanında, həm də danışıqlar masası arxasında son məqsədlərə nail olmağa imkan verəcək strategiya üzərində işləməyə davam edəcəyik. Prezident Co Baydenin NATO sammitində dediyi kimi, nə qədər vaxt aparsa da, bunu edəcəyik", - Sallivan bildirib.