Ukraynaya dəstək Trampın dövründə də davam edəcək - Konqresmen

Ukraynaya dəstək Donald Trampın və Konqresin yeni tərkibi dövründə də davam edəcək. Çünki ABŞ Avropada və dünyanın digər yerlərində nəticələrini nəzərə alsaq, bu müharibəni uduzmağı gözə ala bilməz.

Bizimxeber.az bildirir ki, bu fikri “ Amerikanın səsi ” nə respublikaçı konqresmen, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Maykl Makkol bildirib.

Makkalın sözlərinə görə, Çin Rusiyanın Ukraynada nə etdiyini və Ukraynanın müttəfiqlərinin reaksiyasını izləyir. Onun fikrincə, bu cavabın zəifliyi Çinin Hind-Sakit okean regionunda aqressiv hərəkətlərinə səbəb ola bilər: "Biz bu döyüşdə uduzmağı gözə ala bilmərik".