ABŞ və Rusiya arasında Kiyevin iştirakı olmadan müharibənin dayandırılması ilə bağlı danışıqlar qəbuledilməzdir və təhlükəlidir.
Bizimxeber.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zeıenski bildirib.
Qeyd edək ki, Donald Tramp administrasiyasının Moskva ilə məsələni müzakirə etdiyini bildirsə də, müzakirələrdə kimin iştirak etdiyini açıqlamayıb.
"Onların öz münasibəti ola bilər, lakin bizsiz Ukrayna haqqında danışmaq hamı üçün təhlükəlidir", - Zelenski vurğulayıb. Zelenski bildirib ki, danışıqlarda ABŞ, Rusiya və Ukrayna ilə yanaşı, Avropa İttifaqının nümayəndələri də iştirak etməlidir.