"Ukraynanın NATO-ya üzvlüyü üçün qeyri-münasib zamandır" - Sallivan

"ABŞ Ukraynanın NATO -ya daxil olması prosesinin həyata keçirilməsi üçün hazırkı dövrü qeyri-münasib hesab edir".

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan brifinqdə bildirib.

“İndi bizim fikrimizcə, Ukraynaya dəstək vermənin ən yaxşı yolu  silah və maddi dəstəkdir. Brüsseldəki proses başqa vaxt aparılmalıdır".

Sullivan bildirib ki, ABŞ Alyansın “açıq qapı” siyasətindən əl çəkmir, lakin üzvlük qərarları bütün 30 üzv dövlət və qoşulmaq istəyən ölkələr arasında qəbul edilir.

Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl Kiyevin NATO-ya qoşulmaq üçün sürətli şəkildə müraciət etdiyini bildirib. Ukrayna liderinin sözlərinə görə, de-fakto onun ölkəsi Şimali Atlantika Alyansına artıq keçib.