"Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa dəstəyinə və səfərinə görə təşəkkür edib".
Bizimxeber.az bildirir ki, o, bu barədə X platformasında məlumat verib.
Qısa mesajda o, Ağ Evin Oval Ofisində yaranan mübahisələrə cavab vermədən ABŞ prezidentinə, Konqresinə və Amerika xalqına təşəkkür edib.
"Sağ olun, Amerika, dəstəyinizə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. Prezidentə, Konqresə və Amerika xalqına təşəkkür edirəm. Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və biz bunun üçün çalışırıq", - o vurğulayıb.