Ukraynanın Baş Prokuroru işdən çıxarıldı

Ukrayna Prezidenti Volodimir Zelenski İrina Venediktovanın baş prokuror vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

İyulun 19-da 518/2022 nömrəli müvafiq fərman dövlət başçısının saytında yerləşdirilib. “İrina Valentinovna Venediktova Baş prokuror vəzifəsindən azad edilsin”, – sənədin mətnində qeyd olunub.

Mənbə: Unian.net